"Real" bu gün "Xetafe"yə qarşı oyuna itki ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, Federiko Valverde səfər oyununda komandasına yardım edə bilməyəcək. Buna 22 yaşlı yarımmüdafiəçinin dünən koronavirusa yoluxmuş şəxslə təmas saxlaması səbəb olub. Hazırda karantinə alınan Valverdenin koronavirus testi mənfi çıxıb.
Qeyd edək ki, "Xetafe" - "Real" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, Lukas Vaskes, Serxio Ramos, Dani Karvahal zədəlidir, Rafael Varan isə koronavirusa yoluxub. Bundan əlavə, Karlos Kazemiro "El Klasiko"da aldığı qırmızı vərəqə səbəbindən sözügedən matçda iştirak edə bilməyəcək.