"Real"ın daha bir futbolçusu zədələnib.

Offsideplus.az xəbər verir ki, Ferlan Mendi baldırından xəsarət alaraq sıradan çıxıb. O, sabah "Xetafe" ilə baş tutacaq səfər qarşılaşmasını buraxacaq. 

Qeyd edək ki, "Real"ın müdafiə xəttindən Lukas Vaskes, Serxio Ramos, Dani Karvahal zədəlidir, Rafael Varan isə koronavirusa yoluxub. Bundan əlavə,  Karlos Kazemiro "El Klasiko"da aldığı qırmızı vərəqə səbəbindən sabahkı görüşdə iştirak edə bilməyəcək.