"Real" aparıcı futbolçusu Luka Modriçlə müqavilənin müddətini uzadacaq.
Offsideplus.az AS-a istinadla xəbər verir ki, "Kral klubu" xorvatiyalı yarımmüdafiəçi ilə 2022-cü ilə qədər əməkdaşlıq etmək istəyir. Bunun başlıca səbəblərindən biri isə Modriçin insani keyfiyyətləridir. Ulduz futbolçunun növbəti il üçün nəzərdə tutulacaq əməkhaqqının azaldılmasına razılıq verməsi rəhbərliyin xoşuna gəlib.
Qeyd edək ki, 35 yaşlı futbolçunun "Real"la hazırkı sözləşməsinin müddəti bu ilinyayına qədərdir. O, cari mövsümdə 40 oyunda 4 qol vurub, 6 qolun ötürməsini verib.