"Real"ın kapitanı Serxio Ramosun koronavirusa yoluxduğundan xəbərdarsınız.
"Liverpul"la Çempionlar Liqası görüşündən əvvəl COVİD-19 testi verən təcrübəli müdafiəçinin cavabı pozitiv çıxıb. Ramos bir neçə gündür karantinə alınaraq ev şəraitində müalicə alır.
Offsideplus.az "El Hormiguero"ya istinadla xəbər verir ki, futbolçunun xanımı Pilar Rubio Serxionun karantin günlərindən danışıb. Rubio açıqlama zamanı məzəli hadisəni də nəql edib: "Serxio qapısı kilidlənmiş otaqda qalıb. Uşaqlar qapını çöldən kilidləyiblər, indi açarı tapa bilmirik (gülür). Hələ ki, hər şey qaydasındadır. Mən və uşaqlar yaxşıyıq, test verdik, nəticələr mənfi oldu. Sadəcə, evdən bayıra çıxa bilmədiyimizə görə üzgünlük var".
Qeyd edək ki, Ramosla Pilar 2012-ci ildən birlikdədirlər. Birgə nigahdar 4 oğul övladları olmasına baxmayaraq, 2019-un iyununda toy ediblər.