İspaniya la Liqasının 30-cu turunda "Atletiko" "Real Betis" səfərinə yollanıb.

Offsideplus.az xəbər verir ki, "matrasçılar" 1:1 hesablı heç-heçəyə razılaşaraq xal itiriblər. Beləliklə 30 oyundan sonra 67 xal yığan "Atletiko" turnir cədvəlində ilk pillədədir. "Real" 66 xalla ikinci, "Barselona" isə 65 xalla üçüncü pillədə lider "Atletiko"nu qarabaqara izləyir.

Oyunun geniş icmalını sizə təqdim edirik:

"Betis" - "Atletiko" 1-1 (K.Tello, 20. Y.Karrasko, 5.)