"Real" -"Barselona" oyunundan sonra (2:1) Luka Modriç və Jerar Pike arasında gərginlik yaranıb.

Offsideplus.az xəbər verir ki, "katalonlar"ın zədəli müdafiəçisi oyuna az vaxt əlavə etdiyinə görə hakimlə mübahisə edib. Daha sonra Luka Modriçlə görüşəndə xorvatiyalı ulduz Pikeyə "İndi sənin üçün şikayətlənmək vaxtıdır, elədir?", deyib. 

 Pike "4 dəqiqə əlavə etdi", - deyəndə Modriçin cavabı belə olub: "Sənə nə qədər lazım idi?"