Florentino Peres "Real"da prezidentliyə namizədliyini irəli sürən yeganə şəxsdir.
Offsideplus.az xəbər verir ki, aprelin 12-nə qədər namizədlik təqdim edilməlidir. Hazırda 74 yaşlı funksionerdən başqa heç kəs namizədliyini irəli sürməyib.
Bir neçə gün öncə "Real"ın prezidenti olmaq istəyən Enrike Rikelme isə qərarını dəyişib.
Qeyd edək ki, 12 aprel tarixinə kimi Peresdən başqa namizəd ortaya çıxmasa, o, yenidən prezident seçiləcək və 2025-ci ilədək "Real"ın başında olacaq.