UEFA Avropa Liqasının 1/4 finalında baş tutan "Qranada" - "Mançester Yunayted" oyunu zamanı meydana daxil olan çılpaq azarkeşin 14 saat stadionda gözlədiyi ortaya çıxıb.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, həmin şəxsin Qranada şəhərində çılpaqlığı ilə məşhur Olmo Qarsiya olduğu ortaya çıxıb. Meydana girəndən sonra təhlükəsizlik polisləri tərəfindən saxlanılan Qarsiyanın bir neçə ay ərzində 15 dəfə həbs olunduğu müəyyənləşib.
36 yaşlı Olmo 2016-cı ildə ABŞ, Bəhreyn və Ekvador ölkələrinə səyahət etdikdən sonra, çılpaq gəzməyə qərar verib. O, seçimi bu cür izah edib:
"Çılpaq olmağın psixoloji faydaları var. Saflığı, sakitliyi tələb edirsinizsə, paltarlarınızı çıxararaq hər şeyə qarşı səmimi olduğunuzu göstərə bilərsiniz. Heç kimi narahat etmirəm və cəmiyyət üçün bunun yaxşı olduğunu düşünürəm".
Qeyd edək ki, Olmo Qarsiya 2004-cü ildən bəri idmançılara protein və qida satan zəngin iş adamıdır.