İspaniya Futbol Federasiyası "El Klasiko" ilə bağlı dəyişiklik edib.

Offsideplus.az federasiyanın rəsmi saytındakı məlumata əsasən xəbər verir ki, oyunda hakim dəyişikliyi baş verib. Qarşılaşmanı Mateu Laos yox, Xesus Hil Mansano idarə edəcək. Buna Laosun zədələnməsi səbəb olub. 

Qeyd edək ki, dünyanın diqqət mərkəzində olacaq "Real" - "Barselona" oyunu aprelin 10-u Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.