Madrid "Atletiko"sunun zədəli hücumçusu Luis Suaresin durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı forvard bu gün tibbi müayinədən keçib. Onun təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Qeyd edək ki, uruqvaylı oyunçu komandanın məşqi zamanı zədələnib.