İspaniyanın "Real Madrid""Barselona" komandaları arasında baş tutacaq oyunun hakimi bəlli olub.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, oyunu Antonio Mateu Lahoz idarə edəcək. La Liqa tərəfində rəsmi açıqlamanın sabah ediləcəyi gözlənilir.

Qeyd edək ki, Lahoz indiyə qədər 6 "El Klasiko" idarə edib. O, bu gecə Çempionlar Liqasında PSJ - "Bavariya" arasında baş tutacaq oyunu idarə edəcək.