2019-cu ilin 30 martında "Barselona" "Kamp Nou"da "Espanyol"u qəbul edirdi.

Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, Barselona şəhərinin iki klubu arasında baş tutan derbidə (2:0) qonaqlar 70 dəqiqə boyunca "kataloniyalılar"ı qola həsrət qoymağı bacarmışdı. 71-ci dəqiqədə "Espanyol"a qarşı cərimə zərbəsini yerinə yetirmək üçün topun arxasına Lionel Messi keçir. Argentinalı ulduz Panenka tərziylə baxımlı qola imza ataraq bütün azarkeşləri coşdurur. 

Bu, həm "Barsa"nın "10" nömrəli ulduzu, həm də dünya futbolu üçün xüsusi və misilsiz bir an idi.

Həmin baxımlı qolu təqdim edirik:

 

WhatsApp Image 2021 03 30 at 12.27.10