"Barselona" yayda Corcinyo Veynaldumu heyətinə qatmaq istəyir.

Lakin transfer baş tutmaya bilər. 

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, transferin reallaşması üçün Miralem Pyaniçin "Barsa"nı tərk etməsi gərəkir. Lakin Pyaniç komandadan ayrılmaq niyyətində deyil. Odur ki, Veynaldumun transferi gerçəkləşənə oxşamır.

Qeyd edək ki, hollandiyalı futbolçu cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı bütün yarışlarda 40 oyuna çıxaraq 3 qol vurub.