"Barselona"nın prezidenti Xuan Laporta baş məşqçi Ronald Kumanla görüşüb.
Görüşdə vitse-prezident Rafael Yuste, idman direktoru Mateo Alemani və texniki katib Ramon Pleyns də iştirak edib.
Offsideplus.az TV3-ə istinadla xəbər verir ki, Kuman rəhbər şəxslərlə görüşdə tam dəstək hiss edib. Klub rəhbərliyi holland çalışdırıcıya heç nəyə fikir vermədən işləməyi məsləhət görüb və onunla yeni əməkdaşlıqda maraqlı olduğunu bildirib. Həmçinin növbəti mövsüm üçün transfer planları cızılıb.
Əsas söhbət mövzusu Lionel Messinin komandada saxlanılmasının vacibliyi olub. Digər məsələ isə hazırda "Barselona"nın hədəfində olan üç futbolçu - Memfis Depay, Corcinyo Veynaldum və Erik Qarsiyanın yayda Kataloniyaya gəlməsi ilə bağlıdır. Laporta Kumanla söhbət zamanı xüsusən hollandlar - Memfislə Depayı güzəştli şərtlərlə İspaniyaya gəlməyə razı salmağı tapşırıb. Holland çalışdırıcı isə həmyerlilərinin sərəncamında olması üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, Depay "Lion"da, Veynaldum "Liverpul"da, Qarsiya isə "Mançester Siti"də oynayır.