"Barselona"nın baş məşqçisi Ronald Kumanın gələcək karyerasına aydınlıq gəlib.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, klubun prezidenti və niderlandlı mütəxəssis dünən görüş keçirib. Xuan Laporta Kumanı  dəstəklədiyini və bundan sonra da "Barselona"nın baş məşqçisi vəzifəsində görmək istədiyini bildirib.

Qeyd edək ki, "Barselona" hazırda La Liqa turnir cədvəlində 62 xalla 2-ci pillədədir.