PSJ-nin braziliyalı ulduzu Neymar yenidən "Barselona"da çıxış edə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə sabiq futbol agenti Andre Kury məlumat yayıb.
Onun sözlərinə görə, 29 yaşlı hücumçu yenidən Kataloniya təmsilçisində forma geyinəcək. "Barselona"nın yeni prezidenti Xuan Laporta komandanın əsas üzvü Lionel Messini "Barselona"da saxlayacaq və onun "sambaçı" ilə tandemini təşkil edəcək.
Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan Paris təmsilçisinə transfer edilib.