"Barselona" "Yuventus"un formasını geyinən Paulo Dibalanın xidmətində maraqlıdır.

Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, Turnir təmsilçisi bu keçidə görə pul ödəmək niyyətində deyil. Daha doğrusu, bunun üçün maliyyə imkanı yoxdur. Əvəzində futbolçusunu - ümidləri doğrultmayan Antuan Qrizmannı "Yuventus"a verməyə hazırdır. Dibalanın "Qoca Sinyora"nın əsas heyətindəki yerini itirməsi dəyişikliyin yayda baş tutması ilə sonuclana bilər. Argentinalı "Barsa"da oynamaqda həvəsli olsa da, Antuanın reaksiyası məlum deyil.

Qeyd edək, Qrizmann cari La Liqa mövsümündə 25 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmənin müəllifi olub. A Seriyasında 11 matçda şans qazanan Paulonun məhsuldarlıq göstəricisi isə "2+2"dir.