İspaniya La Liqasının 27-ci turunda "Barselona" "Hueska"nı qəbul edib.

 Offsideplus.az xəbər verir ki, Katalan təmsilçisi rəqib üzərində 4:1 hesablı qələbəyə sevinib.  Lionel Messi  Antuan Qrizmanın qolları olduqca baxımlı alınıb. 

Matç argentinalı ulduz üçün əlamətdar olub. Belə ki, "Barsa"nın heyətində 767-ci dəfə meydana çıxan Leo matç sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.

Bundan əlavə, Messi La Liqa tarixində 13 mövsümdə ardıcıl olaraq azı 20 qol vuran ilk oyunçu olub.

Ronald Kumanın komandası Top-5 liqada bu il məğlub olmayan tək komandadır.

Oyunun icmalını təqdim edirik:

"Barselona" - "Hueska" - 4:1 (Messi 13,  90. Qrizmann, 35. Minqueza, 53. - Mir Visente, 45+4-pen.)