"Real"ın futbolçusu Eden Hazard yenə zədələnib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, martın 13-də "Elçe"yə qarşı oyunda (2:1) 15 dəqiqə çıxış edən belçikalı yarımmüdafiəçi xəsarət alıb. Tibbi müayinədən keçən Hazardın sağ ayaq əzələsində problem aşkarlanıb.

Onun bir aylıq sıradan çıxdığı bildirilir.