İspaniya çempionatının 27-ci turu çərçivəsində "Real" "Elçe"ni məğlub etməyi bacardı - 2:1.

Bu oyunun və qələbənin iştirakçıları arasında Serxio Ramos da olub.

Offsideplus.az xəbər verir ki, qalibiyyətə ən çox sevinən "Real"ın kapitanı olub. Belə ki, bu qələbə 34 yaşlı müdafiəçinin La Liqa karyerasında 334-cü olub. Bununla da aktivində 333 qələbə olan sabiq "Real"lı İker Kasilyası qabaqlayıb. Ramos buna 39-u "Sevilya"da, qalanı "Real"da olmaqla 508 oyunda nail olub.

Qeyd edək ki, La Liqada ən çox qələbəyə sevinən Lionel Messidir. "Barselona"nın ulduzu 377 dəfə zəfər sevinci yaşayıb. Ramosun argentinalını geridə qoymasına 44 qələbə lazımdır ki, bunun baş tutacağı inandırıcı deyil.