"Barselona" rusiyalı futbolsevərləri, daha doğrusu, rusdilli azarkeşlərini sevindirən addımla yadda qalıb.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, sosial şəbəkələrdə ilk dəfə "Barsa"nın rus dilində səhifəsi futbolsevərlərin ixtiyarına verilib. Belə ki, bundan sonra "Viber"də klub və komanda ilə məlumatları əldə etmək, eləcə də müsabiqələrdə iştirak etmək mümkün olacaq. Təbii ki, rus dilində.
Daha bir sevindirici xəbər hesabın istifadəyə verilməsi münasibəti ilə "Barsa"nın bir nüçə futbolçusunun azarkeşlərlə onlayn görüşdə iştirak edəcəyidir. Artıq adlar da bəllidir: Serjinyo Dest, Anutuan Qrizmann, Frenk de Yonq, Miralem Pyaniç, Kleman Lenqle.