Cari mövsüm "Alaves" klubu üçün bir çox cəhətdən unikaldır, lakin ən əsası "Bask" təmsilçisi yaranma tarixinin 100 illiyini qeyd edir.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqaya istinadən xəbər verir ki, 2020/21 mövsümü pandemiya ilə əlaqədar olaraq azarkeşlərin "Mendizorroza stadionu"na gələ bilmədiyi bir dönəm kimi xatırlanacaq. Bu cür çətinliklərə baxmayaraq "Alaves" klubu daxili və beynəlxalq inkişaf planlarını iki qat artırıb.
Mövcud durumu həll etmək üçün "Baskoniya - Alaves qrupu"un sahib olduğu klub alternativ gəlir mənbələri aşkarlamaq üçün durmadan çalışır, həmçinin son 5 mövsümdür çıxış etdiyi La Liqadakı yerini möhkəmləndirmək üçün bir çox layihələr üzərində işləyir.
La Liqa tərəfindən keçirilən konfransda klubun prezidenti Alfonso Fernandes de Trokonis bu sözləri qeyd edib: "Alaves"in tarixi həmişə enişli-yoxuşlu olub. Klubun varlığını şübhə altına salan bəzi yaxşı və bəzi pis anlardan keçmişik. Lakin məqsədimiz "Alaves"in daimi evinin La Liqa olmasıdır".
TV əsas gəlir mənbəyi kimi
La Liqanın yayım gəlirlərinin klublar arasında bölüşdürülməyi rəqabəti çoxaldır. Bu "Alaves" kimi klublara üstünlük qazandırsa da, klubun prezidenti alternativ gəlir mənbəyi əldə etməyin vacibliyini dəfələrlə diqqətə çatdırıb: "TV qazancı əksər klubların maliyyələşdirdiyi gəlir mənbəyidir. Uzunmüddətli davamlılıq yaratmaq üçün bunu şaxələndirmək lazımdır".
Bundan əlavə, klub rəsmisi sosial şəbəkələrdə qarşılıqlı əlaqənin vacibliyi, pərakəndə satışın inkişafı, həmçinin "Mendizorroza" stadionununda əsaslı dəyişikliklərin vacibliyini diqqətə çatdırıb.