İspaniyanın Bask bölgəsinin paytaxtı Vitoriya-Qasteysdən dünyaya! Bu Xose Antonio Krexetanın "Baskoniya qrupu"nu yaratdığı andan etibarən başlayır. 250 mindən az sakini olan bir şəhərdə qurulan bu qrupun illik büdcəsi 100 milyon avrodan çoxdur. İdman qurumlarının idarə edilməsindən söz açsaq bu qrup yeni bir səviyyəyə yüksəlib.
Offsideplus.az La Liqa-ya istinadən "Baskoniya qrupu"nun keçmişi və bu gününü sizlərə təqdim edir.
Qrup basketbol və futbolun rəqabətçi dünyasında uğurlu işlər görməsini təmin edən qruplarıyla iki fərqli qitənin 4 ölkəsində mövcuddur. Belə ki, "Alaves" futbol klubu İspaniya La Liqasında, "Baskoniya" basketbol komandası isə İspaniyanın ACB Liqasında və Avroliqada mübarizə aparır. Digər klublar Xorvatiya və Yaponiyada çıxış edir, qrup isə İngiltərə, İtaliya, Portuqaliya və Çin kimi sabit bazarlarda böyüməyə davam edəcəyini gözləyir.
Baketbol komandası olan "Baskoniya" qrupun ilk böyük layihəsi olub. 1959-cu ildə qurulan komanda 60 il ərzində Avropanın ən güclü komandalarından biri oldu. Üç İspaniya liqası çempionu, altı "Kopa del Rey", dörd İspaniya Superkuboku qalibi və Avroliqa yarımfinalına beş dəfə yol tapdılar. Bundan əlavə, komandanın Avroliqaya 2026-cı ilə qədər iştirak etmə zəmanəti var.
"Baskoniya qrupu" "Alaves"i 2011-ci ildə İspaniya 3-cü liqasında çıxış edərkən satın alıb. 10 ildən az bir müddətdə qrup klubun bütün borclarını ödədi və indiki qazanc gətirən nöqtəyə gətirdi.
Qeyd edək ki, keçmişi və bu günü düşünməklə yanaşı "Alaves" gələcəyə də fokuslanır. Belə ki, klub gənc futbolçular üçün yeni baza tikmək və oradan çıxan istedadlı oyunçuların əsas komandaya keçidini təmin etmək istəyir. Artıq 17 müxtəlif millətdən olan 56 gənc yeni qurulmuş 1800 m2 evlərdə yaşayır.