İspaniya "Real"ı "Yuventus"un türk ulduzu Merih Demiralı heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Kral klubu" 22 yaşlı müdafiəçi üçün futbolçusundan keçməyə hazırdır. Belə ki, "Real" yay transfer dönəmində Merih üçün Turin təmsilçisinə Eder Militao və pul təklifi göndərməyi planlaşdırır. 

Lakin "Yuventus" Demiralın qarşılığında klubla müqaviləsini uzatmaq fikrində olmayan Rafael Varanı istəyir. 

Qeyd edək ki, 2017-ci ildə 18 milyon avroya "Sassuolo"dan "Yuventus"a keçən Merih Demiral bu mövsüm 17 oyuna çıxıb, dəfələrlə komandasını qol vəziyyətlərindən xilas edib.