İspaniya La Liqasının 23-cü turunda "Barselona" "Alaves"i qəbul edib.

Offsideplus.az xəbər verir ki, Lionel Messi və Françesko Trinkao dublla yadda qalıb. Lionel Messi La Liqada 505-ci matçına çıxmaqla "Barselona"da ən çox oyun keçirən futbolçulardan biri olub. O bu göstəricidə Xavinin rekordunu təkrarlayıb. "Barselona" ilə ən çox oyun keçirən futbolçu adını qazanmaq üçün isə Messiyə cəmi 7 matça çıxmaq kifayət edir (Xavi - 767, Messi - 760).

Oyunun geniş icmalını təqdim edirik:

"Barselona" - "Alaves" 5:1 (F.Trinkao, 30, 74. L.Messi, 45+2, 75. J.Firpo, 80. - L.Roja, 57.)