Madrid "Real"ı ilə bağlı şok xəbər yayılıb.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, "kral klubu"nun oyunçuları komandanı tərk edə bilər. Belə ki, pandemiya səbəbindən və kluba dəstək üçün futbolçuların maaşını azaltmaq istəyən Madrid təmsilçisi etinasızlıqla qarşılaşıb.
Luka Modriçdən başqa heç kim məvacibinin azaldılmasına razı olmayıb və klubun sıralarını tərk etmək iqtidarında olduqlarını bildiriblər.
Hətta komandanın kapitanı Serxio Ramosun belə bu addımı ata biləcəyi gözlənilir.