Serxio Ramosun karyerasını "Real"da davam etdirəcəyi inandırıcı görünmür.
"Kral klubu"nda maliyyə böhranının yaşanması kapitanı özünə yeni iş yeri axtarmağa məcbur edib. Odur ki, 34 yaşlı futbolçu artıq xeyli vaxtdır agenti ilə birgə təklifləri nəzərdən keçirir.
Offsideplus.az "Todofichajes"ə istinadla xəbər verir ki, Ramosun agenti gələn həftə "Mançester Yunayted" rəsmiləri ilə görüşəcək. İngiltərə nəhənginin ispan müdafiəçiyə həftəlik 200 min funt təklif etməsi "Real"ının ürəyincədir.
Qeyd edək ki, cari mövsümdə 18 oyunda meydana çıxaraq 3 qola imzasını yazdıran Serxio fevralın 8-də əməliyyat olunub.