İspaniya çempionatının 22-ci turu çərçivəsində baş tutan "Betis" - "Barselona" görüşündə (2:3) əvəzetmədən meydana daxil olan Lionel Messi növbəti qolunu vurdu.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduzun bu qolu statistik göstəricidəki vəziyyətini yaxşılaşdırıb. Belə ki, Messi karyerası ərzində əvəvetmədən meydana daxil olandan sonra 27-ci dəfə fərqlənib. İndi o, bu göstəricidə "Real Sosyedad"ın sabiq futbolçusu Oskar de Paulla eyni pillədədir. Siyahıya isə oyuna sonradan qoşularaq 28 qol vurmuş sabiq "Barselona"lı Xulio Salinas başçılıq edir. 

Qeyd edək ki, "Betis" üzərindəki qələbədən sonra "Barsa" xalların sayını 43-ə çatdırıb, 3-cü pillədə qərarlaşıb.