"Real"ın kapitanı Serxio Ramos əməliyyat olunacaq.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi dizindəki narahatlığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Ən azı 6-8 həftəlik sıradan çıxan "Kral klubu"nun kapitanı aprel ayından tez yaşıl meydanlara qayıda bilməyəcək.
Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi bu ilin yayında başa çatacaq.