"Qranada" ilə oyunda zədələnən Serxi Robertonun durumuna aydınlıq gəlib.
Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, 28 yaşlı futbolçunun oynaması ən yaxşı halda martın ikinci yarısında mümkün olacaq.
Qeyd edək ki, Serxio zədələnənə qədər koronavirusa yoluxduğu üçün bir müddət komandasına kömək edə bilmirdi.