Lionel Messi daha bir unikal göstərici ilə diqqətləri üzərinə çəkib.
Offsideplus.az xəbər verir ki, "Qranada" ilə dünənki oyunun 88-ci dəqiqəsində Antuan Qrizmanna qol ötürməsini Messi verib. Bu, argentinalı ulduzun peşəkar karyerasında 300-cü assisti olub.
Qeyd edək ki, İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan oyunun 90 dəqiqəsi 2:2 hesabı ilə başa çatıb. Matça əlavə olunmuş 30 dəqiqədə daha 4 qol vurulub ki, yekunda "Barselona" 5:3 hesabı ilə qalib gəlib.