"Barselona"nın gənc oyunçusu Jan-Kler Todibo "Nitsa" klubuna keçib.

Offsideplus.az xəbər verir ki, bu barədə "katalonlar"ın rəsmi saytı məlumat yayıb. Fransa təmislçisi 21 yaşlı müdafiəçini satınalmaq şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. 

Qeyd edək ki, Jan-Kler Todibo sonuncu dəfə icarə əsasında "Benfika"da çıxış edib.