"Barselona"nın oyunçusu Usman Dembele 4 klubun hədəfindədir. 

Offsideplus.az Sport-a istinadən xəbər verir ki, fransalı forvard ilə "Mançester Yunayted", "Çelsi", "Yuventus" "Bavariya" klubları yaxından maraqlanır. 23 yaşlı futbolçu 2017-ci ildə Dortmund "Borussiya"sından 105 milyon avroya Katalon klubuna keçib.

Qeyd edək ki, Usman Dembelenin "Barselona" ilə müqaviləsi 2022-ci ilə qədər davam edir.