"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen hələ də Kataloniya klubundan tələb etdiyi təzminatı ala bilmir.
Offsideplus.az xəbər verir ki, 62 yaşlı mütəxəssis "Barselona"dan tələb etdiyi təzminatın ödənilmədiyini və hələ də gözlədiyini bildirib.
Setyen istefaya göndərildikdən sonra məşqçinin vəkilləri qarşı tərəfdən 4 milyon avro verilməsini tələb edir.
Qeyd edək ki, 2020-ci ilin yanvarında "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunan Setyen komandanın uğursuz nəticələrinə görə avqustunda istefaya göndərilmişdi.