“Atletiko” baş məşqçisi Dieqo Simeone ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Offsideplus.az AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi  50 yaşlı mütəxəssislə müqavilənin müddətini 2024-cü ilin yayınadək uzatmağı planlaşdırır. Argentinalı çalışdırıcının “Atletiko” ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir. Xəbərdə Simeonenin  koronavirus pandemiyasının büdcədə yaratdığı problemlərə görə maaşının azaldılmasına da razı olduğu qeyd olunub.

Qeyd edək ki, “Atletiko” Simeonenin baş məşqçiliyi altında hazırda La Liqanın turnir cədvəlində 41 xalla liderdir.