"Real" heyətini daha bir fransızla gücləndirmək istəyir.

Offsideplus.az "Mail"ə istinadla xəbər verir ki, baş məşqçi Zinəddin Zidan yaxından tanıdığı həmyerlisi Aleksandr Lakazeti sərəncamında görmək istəyir. Digər Madrid təmsilçisi "Atletiko"nun da yaxından maraqlandığı yığma üzvünün "Arsenal"la müqaviləsi 2021-in yayına qədərdir. Buna baxmayaraq, rəhbərlik Mikel Artetanın əsas heyət üzvü gözündə görmədiyi Lakazeti satmaq istəyir. Hazırda tərəflər arasında danışırlar davam edir. 

Qeyd edək ki, "Real"da baş məşqçi və köməkçilərindən başqa 3 fransiz futbolçu var - Kərim Benzema, Rafael Varan və Ferlan Mendi.