"Barselona" "Atletik Bilbao" arasında ötən gecə baş tutan İspaniya Superkuboku matçı Lionel Messi üçün əsl kabus olub.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz "Barselona" karyerasının ilk qırmızı vərəqəsini alıb. Belə ki, rəqib oyunçuya qarşı etdiyi kobud hərəkət oyunun hakiminin gözündən qaçmayıb.

Qeyd edək ki, 2:3 hesabıyla qalib gələn "Atletik" klubu İspaniya Superkubokunun qalibi olub.
Həmin görüntüləri təqdim edirik: