"Real"ın futbolçusu üçün "eliçlər qapıda düzülüb".
Offsideplus.az AS-a istinadla xəbər verir ki, Joze Mourinyonun israrla "Tottenhem"də görmək istədiyi Eder Militaonun transferində İtaliya klubları da maraqlıdır. Konkretləşdirsək, "İnter", "Milan" və "Roma" 22 yaşlı braziliyalını "Real"dan "qoparmaq" istəyir. Lakin klub rəhbərliyi Braziliya millisinin üzvü ilə bağlı yekun qərarını verməyib.
Qeyd edək ki, Militao cari La Liqa mövsümündə 2 oyunda 134 dəqiqə meydanda olub, Çempinlar Liqasında cəmi 1 matçda iştirak edib. Ötən mövsüm İspaniya çempionatında 15 qarşılaşmada forma geyindiyini də xatırladaq.