İspaniya La Liqasında 2-ci turun təxirə salınmış "Atletik" - "Barselona" oyunu baş tutub.

Offsideplus.az xəbər verir ki, "Barselona" səfərdə çətin qələbə qazanaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Lionel Messi dublla, 18 yaşlı Pedri isə 1 qol və baxımlı "daban" ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, La Liqa turnir cədvəlində 38 xalla "Atletiko Madrid" birinci, 36 xal toplayan "Real" isə ikincidir.
Oyunun icmalını təqdim edirik:
"Atletik" - "Barselona" 2:3 (İ.Uilliams, 3. İ.Munyain, 90. - Pedri, 14. L.Messi, 38, 62.)