İspaniyanın "Atletik" komandası yeni baş məşqçi təyinatını açıqlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bilbao təmsilçisi Marselino Qarsiya Toralla 2022-ci ilin yayınadək müqavilə imzalayıb.

55 yaşlı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Qaiska Qaritanonu əvəzləyib.

Qeyd edək ki, M.Q.Toral daha əvvəl İspaniyanın "Valensiya", "Vilyarreal", "Sevilya", "Rasinq", "Saraqosa", "Rekreativo", "Sportinq" və "Lealtade" komandalarıı çalışdırıb.