"Real Madrid" - "Celta" oyununda maraqlı statistika qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, Ferlan Mendi ilə 30-cu oyununa çıxan "Kral klubu" bu görüşdə də uduzmayıb. Belə ki, Mendinin start heyətdə çıxdığı 25 oyun qələbə, 5-i isə heç-heçə ilə yekunlaşıb.

Bundan əlavə, fransız müdafiəçinin olmadığı oyunlarda "Real" 14 qələbə qazanıb, 5 heç-heçə və 6 dəfə məğlub olub. 

Qeyd edək ki, "Real" "Lion"dan Ferlan Mendini 2019-cu ilin yayında 48 milyon avroya transfer edib.