İspaniyanın "Real Madrid" klubu maaşların azaldılması ilə bağlı futbolçularla razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, bunun səbəbi koronavirus pandemiyasına görə gəlirin azalmasıdır.
Hər oyunçunun məvacibi 10 faiz azalıb. Madrid təmsilçisi qış transfer dönəmində yeni futbolçu almağı düşünmür.
Qeyd edək ki, "Real Madrid" La Liqada 16 turdan sonra 33 xalla 2-ci pillədə qərarlaşıb.