İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Barselona" "Kamp Nou"da "Eybar"ı qəbul edib. Katalon klubu 15-ci yerdə qərarlaşan "Eybar"la 1:1 hesablı heç-heçəyə razılaşıb. "Eybar"ın qolunu 57-ci dəqiqədə Kike, Ronald Arauxonun kobud səhvindən sonra vurub. Usman Dembele matçın 67-ci dəqiqəsində bərabərlik qolunu vurmağı bacarıb. Lionel Messi bu görüşdə iştirak etməyib.

Oyunun icmalını təqdim edirik:

"Barselona" - "Eybar" 1:1 (U.Dembele, 67. - Kike, 57.)