"Peres yalnız bu günü düşünür".
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin "Real Madrid" klubunun prezidenti barədə deyib. Florentino Perezin Avropa Superliqasının yaradılması fikrini tənqid edən UEFA rəsmisi bu sözləri deyib:
"Florentino Peres 30 ildir ki, Superliqanın yaradılmasının xəyalını qurur. “Bavariya”, “Yuventus” və İngiltərə klubları kimi “Barselona”nın prezidenti vəzifəsinə iki əsas namizədlər də bunun əleyhinədir. Peres yalnız bu günü, maksimum sabahı düşünür. Amma sonra nə olacağını fikirləşmir”.
Qeyd edək ki, Peres “Böyük beşlik” çempionatlarının 20 klubunun iştirakı ilə Superliqa yaradılmasını istəsə də, UEFA buna razı deyil.