İngiltərənin “Arsenal” klubunun futbolçusu Eynsli Maytland-Naylks karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı ingiltərəli müdafiəçi “Atletiko”nun maraq dairəsinə düşüb.

Madrid klubu futbolçunu qış transfer dövründə icarəyə götürmək fikrindədir.