İspaniya “Real”ı İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martinesin transferindən vaz keçib.

Offsideplus.az xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin bütün diqqətini Fransa yığmasının və PSJ-nin forvardı Kilian Mbappeyə yönəltməsidir.

Eyni vaxtda iki ulduz futbolçunun transferinin çətinliyini dərk edən rəhbərliyin mövsümün sonunda əsas hədəfi Mbappe olacaq.