“Barselona”nın argentinalı kapitanı Lionel Messi yeni rekorda imza atıb. 

Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu “Valyadolid” ilə matçın 65-ci dəqiqəsində fərqlənərək Braziliya millisinin keçmiş oyunçusu Pelenin bir klub üçün vurduğu qol rekordunu yeniləyib. Messi “Barselona”da oynadığı müddətdə vurduğu qolları sayını 644-ə çatdırıb.

Qeyd edək ki, Pele Braziliyanın “Santos” futbol klubunda 643 qol vurmuşdu.