İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas "Real Madrid"ə qayıdıb.

Offsideplus.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı keçmiş qolkiper klub fondunda baş direktorun müavini vəzifəsini icra edəcək.

Qeyd edək ki,1998-2015-ci illərdə "Real Madrid"də çıxış edən İker Kasilyas karyerasını bu il Portuqaliyanın "Porto" klubunda bitirib.