İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi klubda qala biləcəyini istisna etməyib.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz AS nəşrinə açıqlamasında mövsümün sonunda ayrılacağı ilə bağlı yayılan söz-söhbətə münasibət bildirib: “Düzdür, yayı çox pis keçirdim. Ardından mövsümün necə bitəcəyindən narahat idim. Ancaq indi yaxşıyam və hər cəbhədə ciddi mübarizə aparmaq istədiyimi hiss edirəm. Həm komandanın, həm də klubun çətin dönəmdən keçdiyini bilirəm. “Barselona”nı əhatə edən hər şeyin mənfi təsiri var. Amma burada sona qədər mübarizə aparacağam. “Barselona”da qalacağımı istisna etmirəm”.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Messi ilə Fransanın PSJ və İngiltərənin “Mançester Siti” klubu maraqlanır.