Ötən gün "Valensiya" qapısına vurduğu qol ilə argentinalı ulduz Lionel Messi "Barselona"da 643-cü qoluna çatıb.

 Offsideplus.az xəbər verir ki, bu göstəricidə Peleyə çatan Messiyə braziliyalı əfsanədən sosial şəbəkə hesabından cavab gəlib. O, öz "instaqram" hesabında bu sözləri yazıb:

"Nə vaxt ki, ürək sevgi ilə dolur, öz yolunu dəyişdirmək çətin olur. Sənin kimi mən də bilirəm ki, hər gün eyni futbolkanı geyinmək nə deməkdir. Sənin kimi mən bilirəm ki, özünü evindəki kimi hiss etdiyin yerdən yaxşı yer yoxdur.

Səni tarixi rekordunla təbrik edirəm, Lionel. Amma hər şeydən əvvəl səni "Barselona"da çox gözəl karyera münasibətilə təbrik edirəm.

Bizim eyni klubu nə qədər sevməli olmağımıza oxşar tarixçələrə təəssüf ki, futbolda az-az rast gəlinəcək. Sənə çox heyranam, Leo”